İordaniya Hərbi Hava Qüvvələri Suriyada terrorçuların hədəflərinə zərbələr endirib

Dünya xəbərləri Xəbər 27 Oktyabr 2026 03:36 (UTC +04:00)
İordaniya Hərbi Hava Qüvvələri Suriyada terrorçuların hədəflərinə zərbələr endirib

Bakı. Trend:

İordaniya Hərbi Hava Qüvvələri Əl-Kərək əyalətindəki Müqəddəs Georgi pravoslav kilsəsində keçirilən dəfn mərasimi zamanı baş verən hücuma cavab olaraq Suriyanın cənubunda terrorçu qruplaşmaların mövqelərinə zərbələr endirib.

Bu barədə krallığın silahlı qüvvələrinin “Petra” agentliyində dərc olunan bəyanatında bildirilib.

“Krallıq Hərbi Hava Qüvvələrinin qırıcıları terrorçuların bir sıra obyektlərini məhv edib. Əməliyyat nəticəsində terrorçu qruplaşmaların çoxsaylı üzvləri öldürülüb və ya yaralanıb, onların texnikasının bir hissəsi sıradan çıxarılıb”, – deyə bəyanatda qeyd olunub.

Hərbçilər əməliyyatın oktyabrın 23-də “yas mərasimi zamanı insanların həlak olmasına cavab olaraq” həyata keçirildiyini vurğulayıblar. Onların məlumatına görə, hücumu törədən şəxslər zərbələr endirilən obyektlərin aid olduğu təşkilatlarla əlaqəlidirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti