Əhalini siyahıya alanların maaşı bəlli olub

Cəmiyyət Xəbər 26 Oktyabr 2026 18:16 (UTC +04:00)
Əhalini siyahıya alanların maaşı bəlli olub
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə siyahıyaalma qrupunun əməkdaşlarının aylıq vəzifə maaşları müəyyənləşdirilib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Cədvələ əsasən, siyahıyaalma qrupunun rəhbərinin aylıq vəzifə maaşı Dövlət Statistika Komitəsi Aparatının təminedici şöbə müdirinin, qrup rəhbərinin müavininin maaşı isə həmin şöbə müdirinin müavininin aylıq vəzifə maaşının 70 faizi səviyyəsində müəyyən edilib.

Rayon və şəhər statistika idarələri və şöbələri üçün siyahıyaalma qrupunun nümayəndələrinin aylıq vəzifə maaşı müvafiq statistika idarəsinin və ya şöbəsinin rəisinin aylıq vəzifə maaşının 70 faizi qədər olacaq.

İnformasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssislərin aylıq vəzifə maaşı Dövlət Statistika Komitəsi Aparatının təminedici sektor müdirinin maaşının 70 faizi səviyyəsində müəyyənləşdirilib.

Baş iqtisadçı üçün aylıq vəzifə maaşı Aparatın baş məsləhətçisinin, aparıcı iqtisadçı üçün aparıcı məsləhətçinin, iqtisadçı üçün isə məsləhətçinin aylıq vəzifə maaşının 70 faizi həcmində olacaq.

Cədvəldə nəzərdə tutulan vəzifə maaşları hesablanarkən müvafiq dövlət qulluğu vəzifələri üzrə qanunvericiliklə müəyyən edilmiş baza aylıq vəzifə maaşlarının, yəni birinci ödəniş pilləsinin əsas götürülməsi nəzərdə tutulub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti