Bakı. Trend:
İspaniyanın “Real Madrid” komandası La Liqanın X turunda əzəli rəqibi “Barselona”nı 2:1 hesabı ilə məğlub edib.
Oktyabrın 25-də “Spotify Camp Nou” stadionunda keçirilən oyunu baş hakim Xuan Martinez Munuera idarə edib.
Qarşılaşmada Madrid təmsilçisinin hücumçusu Kilian Mbappe 41-ci dəqiqədə hesabı açıb. “Barselona” 61-ci dəqiqədə Rafinyanın qolu ilə tarazlığı bərpa etsə də, Mbappe 87-ci dəqiqədə vurduğu ikinci qolla “Real Madrid”ə qələbə qazandırıb.
Beləliklə, “Real Madrid” prinsipial rəqibi üzərində səfər qələbəsi əldə edib.
10 turdan sonra "Barselona" 27 xalla liderliyini davam etdirir. Ondan iki xal geri qalan "Atletiko Madrid" ikinci, 24 xala malik Real isə üçüncüdür.
Bu, ümumilikdə komandalar arasındakı 301-ci qarşılaşma idi. Buna qədər oynanılan 300 qarşılaşmadan 110-unda "Real Madrid", 128-ində Barselona qələbə qazanmışdı, 62 qarşılaşmada isə heç-heçə qeydə alınmışı.
Təkcə La Liqada isə "Real Madrid" və "Barselona" buna qədər 192 dəfə qarşılaşmışdılar. Bu qarşılaşmalarda "Real Madrid" 80, "Barselona" 77 qələbə qazanmışdı.
“Real Madrid” – “Barselona” qarşılaşması futbol dünyasında “El Klasiko” adı ilə tanınır. İki klub arasında rəqabət İspaniya futbolunun ən diqqətçəkən hadisələrindən biri hesab olunur. Qarşılaşmalar təkcə çempionatdakı xallar baxımından deyil, həm də klubların tarixi rəqabəti və azarkeş marağı baxımından xüsusi əhəmiyyət daşıyır.
