Masallıda 5,9 milyon manata yeni məktəb tikiləcək

Tender müsabiqələri Tender 24 Oktyabr 2026 16:56 (UTC +04:00)
Masallıda 5,9 milyon manata yeni məktəb tikiləcək
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Masallı rayonu, Boradigah qəsəbə 1 nömrəli 624 şagird yerlik tam orta məktəbin tikintisi işlərinin satın alınması üzrə tender elan edib.

Tenderdə iştirak haqqı 1 500 manat təşkil edir.

Tenderin ehtimal olunan qiyməti 5 milyon 879 min 387,76 manat təşkil edir.

Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 3 noyabr saat 14:00-dək (GMT+4) təqdim etməlidirlər. Tender zərflərinin açılışı da 3 noyabr saat 14:00-da (GMT+4) keçiriləcək.

Əlavə məlumat üçün telefon: (+994) 12 465 73 48

Əlaqələndirici şəxs: Salahova Nuranə-Gülgün

E-poçt: [email protected]

Ünvan: Bakı şəhəri, Y.Bakuvi küçəsi 18

Məqalədə:

Xəbər lenti

Xəbər lenti