Bakı.Trend:
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, havanın temperaturu gecə 15-17° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış
yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan
xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək
dağlıq ərazilərdə qar yağacağı, şərq rayonlarında isə yağıntıların
bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə
duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-21° isti, dağlarda
gecə 2-6° isti, gündüz 8-13° isti olacaq.
