Praqada etirazçılar Çexiya parlamentinin aşağı palatasının binasına daxil olmağa cəhd ediblər

Dünya xəbərləri Xəbər 24 Oktyabr 2026 08:28 (UTC +04:00)
Praqada etirazçılar Çexiya parlamentinin aşağı palatasının binasına daxil olmağa cəhd ediblər
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiyanın ictimai-hüquqi statuslu televiziya və radiosunun maliyyələşdirmə sisteminin dəyişdirilməsinə qarşı aksiya ölkə parlamentinin aşağı palatası olan Deputatlar Palatasının binası qarşısında keçirilir. Sentyabrın 24-nə keçən gecə bir neçə onlarla etirazçı binaya daxil olmağa cəhd edib. Bu barədə polis sözçüsü Eva Kropaçova məlumat verib.

“Bir neçə onlarla şəxs Deputatlar Palatasının binasına zorla daxil olmağa cəhd edib və xüsusi polis bölməsinin əməkdaşları buna mane olmalı olublar. Heç kim saxlanılmayıb, vəziyyəti sakitləşdirmək mümkün olub”, – deyə Novinky xəbər portalı Kropaçovanın sözlərini sitat gətirib.

Gecə saatlarında bir neçə yüz fəal aşağı palatanın binası qarşısındakı Malostranska meydanında etiraz aksiyası keçirib. Burada ictimai-hüquqi statuslu KİV-lərin maliyyələşdirmə sisteminin dəyişdirilməsi ilə bağlı səsvermənin keçirilməsi gözlənilir. Çexiya KİV-lərinin məlumatına görə, etirazçıların bəziləri hələ də meydanda qalır. Səsvermənin yaxın vaxtlarda keçiriləcəyi gözlənilir.

Bundan əvvəl Çexiyanın hakim koalisiyasına daxil olan partiyalar televiziya və radio qəbuledicilərinin sahiblərindən lisenziya haqqının toplanması ilə bağlı uzun illərdir tətbiq olunan təcrübədən imtina etməyi və Çexiya televiziyası ilə radiosunun maliyyələşdirmə sisteminə yenidən baxmağı təklif ediblər.

Ölkədə etirazlara səbəb olan qanun layihəsi vətəndaşların ödədiyi haqlar hesabına birbaşa maliyyələşdirmə modelindən dövlət büdcəsindən vəsait ayrılması sisteminə keçidi nəzərdə tutur. Etirazçıların fikrincə, bu dəyişiklik ictimai-hüquqi statuslu televiziya və radionun fəaliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq, həmçinin onların hakimiyyət orqanlarından müstəqilliyini itirməsinə səbəb olacaq.

Xəbər lenti

Xəbər lenti