Bakı. Trend:
Bu ilin oktyabr ayının 1-nə olan məlumata əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların ümumi gəlirlərinin həcmi açıqlanıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.
Məlumata görə, ümumi gəlirlərinin həcmi ən yüksək olan bank “Kapital Bank” olub. Bankın ümumi gəlirlərinin həcmi 1,510 milyard manat təşkil edib.
İkinci sırada 1,363 milyard milyon manat ümumi gəlirlər ilə Azərbaycan Beynəlxalq Bankı (ABB) dayanıb. Siyahının üçüncü pilləsində isə 617,743 milyon manat ümumi gəlirlər ilə "PAŞA Bank" qərarlaşıb.
Ümumi gəlirlərinin həcmi ən az olan bank isə “Bank Avrasiya” olub. Bankın ümumi gəlirlərinin həcmi 16,251 milyon manat təşkil edib.
| Banks | Total income | |
| 1 | Kapital Bank | 1,510,119,00 |
| 2 | ABB | 1,362,569,42 |
| 3 | Pasha Bank | 617,743,00 |
| 4 | UniBank | 332,764,00 |
| 5 | Bank Respublika | 276,927,14 |
| 6 | AccessBank | 228,784,00 |
| 7 | Xalq Bank | 184,366,21 |
| 8 | Bank of Baku | 182,376,01 |
| 9 | Yelo Bank | 160,500,60 |
| 10 | Rabita Bank | 154,151,34 |
| 11 | Azer–Turk Bank | 142,865,00 |
| 12 | Turan Bank | 106,929,00 |
| 13 | ZiraatBank | 103,679,40 |
| 14 | Expressbank | 84,782,34 |
| 15 | YapikrediBank | 76,129,56 |
| 16 | AFB Bank | 49,001,67 |
| 17 | AzersenayeBank | 48,050,79 |
| 18 | Premium Bank | 45,025,00 |
| 19 | VTB Bank | 41,455,64 |
| 20 | Bank Melli Iran | 30,117,47 |
| 21 | Avrasiya Bank | 16,251,21 |
