Bakı. Trend:
Ziraat Bank Azərbaycan müştərilərinə vəsaitlərini etibarlı şəkildə dəyərləndirmək, yüksək faiz gəliri əldə etmək və əlavə hədiyyə qazanmaq üçün yeni depozit kampaniyası təqdim edir.
20 oktyabr – 30 noyabr 2026-cı il tarixlərində keçiriləcək kampaniya çərçivəsində müştərilər 12 aylıq müddətə əmanət yerləşdirərək aşağıdakı sərfəli şərtlərdən yararlana bilərlər:
İllik 10% – faiz gəlirinin müddətin sonunda ödənilməsi;
İllik 9,75% – faiz gəlirinin rüb sonunda
ödənilməsi.
Kampaniya üzrə minimum əmanət məbləği 500 AZN, maksimum məbləğ isə
100 000 AZN təşkil edir.
Üstəlik, kampaniya çərçivəsində depozit yerləşdirən müştərilərə TL kart hədiyyə təqdim olunur!
Ziraat Bank Azərbaycan ilə yığımlarınızı sadəcə qorumaqla kifayətlənməyin, onları əlavə gəlir mənbəyinə çevirin və qazancınıza hədiyyə sevinci qatın.
Fürsəti qaçırmayın! Əmanətiniz qazansın, hədiyyəniz sevindirsin!
Qeyd: Nümunəvi faiz gəliri vergilər və mümkün tutulmalar
nəzərə alınmadan hesablanıb. TL kart hədiyyəsi və depozit üzrə
kampaniya şərtləri tətbiq olunur.
"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə
Respublikasının "Ziraat Maliyyə Qrupu"nun üzvüdür. Bank, Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il
tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir.
Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və
xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən
11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal
platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.