Yardımlı Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib (FOTO)

Cəmiyyət Xəbər 23 Oktyabr 2026 11:51 (UTC +04:00)
Yardımlı Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Fərmayıl oğlu Məmmədov bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Orxan Məmmədov ona göstərilən etimada görə minnətdarlıq edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti