Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir

Cəmiyyət Sənəd 22 Oktyabr 2026 11:11 (UTC +04:00)
Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin səlahiyyəti əlindən alınaraq Sosial siyasət komitəsinə veriləcək.

Trend-in əldə etdiyi məlumata görə, bu məsələ “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Belə ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, İqtisadi siyasət komitəsi turizmlə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir.

Qanun layihəsində bu səlahiyyətin İqtisadi siyasət komitəsindən alınaraq Sosial siyasət komitəsinə verilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, Sosial siyasət komitəsi turizm sahəsi üzrə qanun layihələrini hazırlayacaq və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verəcək.

Həmçinin, Humanitar siyasət komitəsi Naxçıvan Muxtar Respublikasının fəxri adlarına dair qanun və qərar layihələri üzrə aparıcı komitə hesab ediləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti