Paşinyanla Kobaxidze sammit üçün Brüsselə gedir

Dünya xəbərləri Xəbər 22 Oktyabr 2026 09:30 (UTC +04:00)
Paşinyanla Kobaxidze sammit üçün Brüsselə gedir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 3-də Brüsseldə keçiriləcək Avropa İttifaqının (Aİ) genişlənməsi ilə bağlı sammitdə iştirak edəcək.

Euronews xəbər verir ki, Kobaxidze sammitin çıxışçılar siyahısına daxil edilib. Tədbir Brüsseldəki “Autoworld” sərgi kompleksində keçiriləcək və müzakirələr Euronews auditoriyası üçün canlı yayımlanacaq.

Sammitdə Aİ-nin genişlənmə perspektivləri, üzvlüyə namizəd ölkələrdə islahatlar, Avropanın təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və investisiya imkanları müzakirə olunacaq.

Tədbirdə Avropa Şurasının Prezidenti Antonio Koşta, Ermənistanın Baş naziri Nikol Paşinyan, Albaniyanın Baş naziri Edi Rama, Xorvatiyanın Baş naziri Andrey Plenkoviç və Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova da iştirak edəcəklər.

Xatırladaq ki, Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər son illərdə gərginləşib. Tərəflər arasında fikir ayrılıqları Gürcüstanın Avropaya inteqrasiya prosesi və ölkədə həyata keçirilən siyasi qərarlarla bağlı müzakirələr fonunda davam edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti