İsti havada kondisioneri qoşmaq qərarını sürücü verə bilməz – “BakuBus”

Cəmiyyət Xəbər 22 Oktyabr 2026 08:59 (UTC +04:00)
İsti havada kondisioneri qoşmaq qərarını sürücü verə bilməz – “BakuBus”
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Son günlər havanın temperaturunun yüksək olması və avtobuslarda kondisionerlərin işləməməsi sərnişinlərin narazılığına səbəb olub. Bəs payız mövsümündə havanın isti keçdiyi günlərdə avtobuslarda kondisionerlərin fəaliyyəti necə tənzimlənir?

Trend-in sorğusuna cavab olaraq “BakuBus” MMC-dən bildirilib ki, qurumun istismarında olan avtobuslarda sentyabrın 23-dən payız mövsümünün başlanması ilə əlaqədar mövsümi rejimə keçilib və kondisionerlərin soyutma funksiyası dayandırılıb.

Qeyd olunub ki, mövsümi rejimə uyğun olaraq avtobuslarda havalandırma sistemlərindən istifadə edilir. Havanın temperaturunun nisbətən yüksək olduğu günlərdə salonun havalandırılması üçün açılması nəzərdə tutulan pəncərələrdən də istifadə oluna bilər.

Hava soyuduqda isə avtobuslarda isitmə sistemi aktivləşdirilir.

“Soyutma və isitmə sistemlərinin mövsümi rejim üzrə aktivləşdirilməsi və dayandırılması mərkəzləşdirilmiş qaydada tənzimlənir və sürücülərin fərdi qərarından asılı deyil”, – məlumatda vurğulanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti