Türk dövləti əlifbasını dəyişir - qanun imzalandı

Dünya xəbərləri Xəbər 21 Oktyabr 2026 15:09 (UTC +04:00)
Türk dövləti əlifbasını dəyişir - qanun imzalandı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin latın qrafikalı əlifbasının təkmilləşdirilməsini nəzərdə tutan qanunu imzalayıb.

Trend xəbər verir ki, bu barədə “Pressa.uz” məlumat yayıb.

Yeni əlifbanın 28 hərf və bir apostrofdan ibarət olacağı bildirilir. Dörd hərf birləşməsi yeni hərflərlə əvəzlənəcək: “G‘” - “Ğ”, “O‘” - “Ö”, “Sh” - “Ş”, “Ch” - “Ç”. Həmçinin “Ng” birləşməsi əlifbadan çıxarılacaq.

Məlumata görə, vətəndaşların adlarını pasportlarda, sürücülük vəsiqələrində və digər sənədlərdə dərhal dəyişməsinə ehtiyac yoxdur.

Xatırtladaq ki, uzun illər boyu ölkədə həm kirill, həm də latın əlifbaları yanaşı istifadə olunsa da, 2023-cü il yanvarın 1-dən bütün dövlət qurumlarında rəsmi sənədləşmənin tam olaraq latın qrafikasına keçirilməsi prosesi sürətlənib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti