AYİB-in Azərbaycandakı layihələr portfeli 881 milyon avro təşkil edir

İqtisadiyyat Xəbər 21 Oktyabr 2026 09:58 (UTC +04:00)
AYİB-in Azərbaycandakı layihələr portfeli 881 milyon avro təşkil edir
Ləman Zeynalova
Ləman Zeynalova
Baş redaktorun müavini Bütün xəbərlər

Bakı.Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2026-cı ilin sentyabr ayının sonuna Azərbaycandakı layihə portfeli ilə bağlı məlumatları açıqlayıb.

Yenilənmiş məlumatlara əsasən, AYİB-in Azərbaycandakı layihə portfelinin həcmi 881 milyon avro təşkil edib və 35 layihəni əhatə edir.

AYİB-in hesabatına görə, bankın bu layihələrdə iştirak payı 1 faiz təşkil edir, əməliyyat aktivlərinin həcmi isə 718 milyon avro qiymətləndirilir.

Portfelin strukturu belədir: korporativ sektor – 3 faiz, maliyyə institutları – 7 faiz, dayanıqlı infrastruktur – 89 faiz. Portfelin ümumi dəyərində özəl sektorun payı 40 faiz təşkil edir.

Azərbaycanda fəaliyyətə başladığı vaxtdan AYİB ölkə iqtisadiyyatına ümumilikdə 3,771 milyard avro investisiya yatırıb. Ayrılmış vəsaitlərin ümumi həcmi 3,562 milyard avro təşkil edir.

İndiyədək AYİB Azərbaycanda 202 layihənin həyata keçirilməsinə dəstək verib.

Trend-in hesablamalarına görə, 2020-2025-ci illərdə AYİB Azərbaycana ümumilikdə 573 milyon avro investisiya yatırıb.

İllik investisiyaların həcmi aşağıdakı kimi dəyişib:

İl İnvestisiya İllər ərzində dəyişiklik
2020 17 mln avro —
2021 34 mln avro +100,0%
2022 86 mln avro +152,9%
2023 156 mln avro +81,4%
2024 199 mln avro +27,6%
2025 81 mln avro −59,3%

İllik investisiyaların ən yüksək həcmi 2024-cü ildə qeydə alınıb – 199 milyon avro. 2025-ci ildə bu göstərici 81 milyon avroya qədər azalıb ki, bu da əvvəlki illə müqayisədə 59,3 faiz azdır.

Bununla yanaşı, 2025-ci ildə investisiyaların həcmi 2020-ci ilin göstəricisindən təxminən 4,8 dəfə çox olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti