"Navai" azadlığa buraxılıb - KİV

Gündəm Xəbər 20 Oktyabr 2026 12:31 (UTC +04:00)
"Navai" azadlığa buraxılıb - KİV
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Qazaxıstanda saxlanılmış Azərbaycan əsilli Rusiyalı repçi "Navai" (Nəvai Bəkirov) istintaq təcridxanasından girov müqabilində azadlığa buraxılıb.

Bu barədə “Baza”nəşri məlumat yayıb.

Məlumatda girovun məbləği və azadlığa buraxılmanın digər şərtləri açıqlanmır.

Bundan əvvəl, reperin vəkili Rəna Kərimova mətbuata verdiyi açıqlamada nikbin danışaraq, sənətçinin yaxın vaxtlarda azadlığa çıxmaq perspektivinin olduğunu bildirmişdi.

Xatırladaq ki, "Navai" oktyabrın 13-dən 14-nə keçən gecə Qazaxıstanda yerləşən “Korday” sərhəd-keçid məntəqəsində saxlanılıb. Avtomobilə baxış zamanı polis əməkdaşları narkotik maddə aşkar ediblər. Sənətçi narkotik maddələrin qaçaqmalçılığına cəhddə şübhəli bilinir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti