İranda zavodda partlayış: çinli müdir ölüb

Dünya xəbərləri Xəbər 19 Oktyabr 2026 17:07 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Ötən gecə İranın qərbində yerləşən Kirmanşah vilayətinin İslamabad-e Qərb rayonunda Şərqi Asiya Ferroərintilər Müttəhid Şirkətinin zavodunun kürələrindən biri partlayıb.

İranın İslamabad-e Qərb rayonu qubernatoruluğunun məlumatına görə, bunu qubernator Fərhad Şahbazi deyib.

“Zavodda kürələrdən birinin partlaması nəticəsində zavodun Çin vətəndaşı olan müdiri ölüb”, - deyə o qeyd edib.

Şahbazi bildirib ki, hadisə nəticəsində daha bir Çin vətəndaşı və iki İran vətəndaşı xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb və müalicədən sonra xəstəxanada buraxılıblar.

Qubernator bildirib ki, hadisənin səbəbi araşdırılır.

Qeyd edək ki, Şərqi Asiya Ferroərintilər Müttəhid Şirkəti İslamabad-e Qərb sənaye şəhərciyində xarici investisiya ilə yaradılan şirkətdir. Çinli investorların iştirakı ilə yaradılan şirkətdə ferrosilisium-maqnezium istehsal olunur. Bu zavodda ildə 15 min ton məhsul istehsal oluna bilər. Zavodun istehsalı polad sənayesində poladın müqavimətinin artırılması üçün istifadə olunur. Məqsəd İranın bu məhsula ehtiyacının bir hissəsini təmin etmək və ölkənin idxal asılılığını azaltmaqdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti