Yunanıstan sahillərində çox sayda qanunsuz miqrant həlak olub

Dünya xəbərləri Xəbər 19 Oktyabr 2026 12:08 (UTC +04:00)
Migrants
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Egey dənizində Yunanıstanın Lesbos adası yaxınlığında qayığın qəzaya uğraması nəticəsində azı 12 qanunsuz miqrant boğularaq ölüb.

Bu barədə “Agence France-Presse” Yunanıstanın Sahil Mühafizə Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, ölənlər arasında yetkinlik yaşına çatmayanlar da var.

“Kathimerini” qəzetinin məlumatına görə, son günlər Qavdos və Krit adalarına gələn qanunsuz miqrantların sayı kəskin artıb. Sentyabrın 11-dən 14-dək dənizdə 744 nəfər xilas edilib. Yunanıstanın Sahil Mühafizəsinin məlumatına əsasən, sentyabrın ilk iki həftəsində bu adalara ümumilikdə 1610 nəfər gəlib.

Kritin şərqində sahil mühafizəsi əməkdaşlarının həmkarlar ittifaqının rəhbəri Yorgos Sfakianakisin sözlərinə görə, ilin əvvəlindən bu ərazidə 322 hadisə qeydə alınıb. Bu hadisələr zamanı ümumilikdə 14 929 miqrant sahilə çıxıb və ya dənizdə xilas edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti