Bakı. Trend:
İran parlamenti Mehrdad Əxlaqi Kitabçinin ölkənin müdafiə naziri vəzifəsinə təyin olunmasını təsdiqləyib.
Bu barədə “Press TV” telekanalı məlumat yayıb.
Bildirilib ki, 237 deputat Əxlaqinin lehinə səs verib.
Onun müdafiə naziri vəzifəsinə namizədliyi oktyabrın 5-də Prezident Məsud Pezeşkian tərəfindən irəli sürülmüşdü. Bunadək həmin vəzifəni müvəqqəti olaraq Məcid ibn əl-Rza icra edirdi.
Mehrdad Əxlaqi bundan əvvəl İranın müdafiə sənayesi və aerokosmik sahəsində rəhbər vəzifələrdə çalışıb.
