Çexiyanın dövlət borcu rekord həddə çatıb

Dünya xəbərləri Xəbər 17 Oktyabr 2026 06:28 (UTC +04:00)
Çexiyanın dövlət borcu rekord həddə çatıb

Bakı. Trend:

Çexiyanın dövlət borcu 2026-cı ilin ilk doqquz ayında 9,4 milyard dollar artaraq rekord həddə – 179,3 milyard dollara yüksəlib.

Bu barədə Çexiyanın Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkənin dövlət borcu 3,882 trilyon Çexiya kronuna çatıb və ÜDM-in 43,9 faizini təşkil edib. Ötən ilin sonunda bu göstərici 42,9 faiz olub.

Məlumata görə, borcun artması əsasən dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üçün istiqrazların buraxılması ilə əlaqədardır. Sentyabrın sonuna büdcə kəsiri 194,5 milyard krona (təxminən 9 milyard dollar) çatıb.

Proqnozlara əsasən, 2026-cı ilin sonuna Çexiyanın dövlət borcu ÜDM-in 44,4 faizinə yüksələ bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti