İstanbulda güclü yağış və fırtına gözlənilir

Dünya xəbərləri Xəbər 17 Oktyabr 2026 09:24 (UTC +04:00)
İstanbulda güclü yağış və fırtına gözlənilir

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində əlverişsiz hava şəraiti ilə əlaqədar narıncı xəbərdarlıq verilib.

Meteorologiya Baş İdarəsinin məlumatına görə, bu gün şəhər ərazisində şimşək çaxması ilə müşayiət olunan güclü leysan yağışları gözlənilir.

Bundan əlavə, şimal və şimal-şərq istiqamətlərindən əsən küləyin sürətinin saatda 50-70 kilometrə çatacağı, bəzi vaxtlarda isə fırtına xarakteri alacağı bildirilir.

Güclü külək səbəbindən İstanbul boğazı və adalar istiqamətində dəniz nəqliyyatında fasilələrin yaranması, dam örtüklərinin uçması, ağacların və dirəklərin aşması ehtimalı var.

Şəhərdə havanın temperaturunun 11-15 dərəcə arasında dəyişəcəyi gözlənilir.

Sakinlərə qəfil sel, su basması, ildırım, dolu və nəqliyyatda yarana biləcək problemlərə qarşı ehtiyatlı olmaq tövsiyə edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti