Yəmənin şimalında husilərə aid ballistik raket kompleksləri məhv edilib

Dünya xəbərləri Xəbər 17 Oktyabr 2026 10:06 (UTC +04:00)
Yəmənin şimalında husilərə aid ballistik raket kompleksləri məhv edilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya Yəmənin şimalında yerləşən Səada vilayətində husilərə məxsus iki ballistik raket buraxılış qurğusunun məhv edildiyini açıqlayıb.

Bu barədə KİV məlumat yayıb.

Bildirilib ki, ötən gecə husilərin mövqelərinə zərbə endirilib. Həmin vaxt Səudiyyə Ərəbistanının Xamis-Muşayt və Abha şəhərlərində hava hücumu xəbərdarlıqları elan olunub.

Yaxın Şərq mediasında, həmçinin ABŞ-nin “The Wall Street Journal” (WSJ) qəzetinə istinadən qeyd olunub ki, İran husilərə Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin və Səudiyyə Ərəbistanının qüvvələrinə qarşı mübarizəsində kəşfiyyat və hərbi dəstək göstərir.

Xatırladaq ki, Yəməndə husilərin 2014-cü ilin sentyabrında paytaxt Səna və bir sıra vilayətləri ələ keçirməsindən sonra vətəndaş müharibəsi başlayıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası 2015-ci ilin martında Yəmən hökumətinə dəstək məqsədilə ölkəyə hərbi müdaxilə edib. 2022-ci ilin aprelində əldə olunan atəşkəs ölkədə nisbi sakitlik yaradıb. Bununla belə, iyul ayından etibarən döyüşlər yenidən şiddətlənib, sentyabrda isə husilər Hodeyda və Taiz vilayətlərində bir sıra strateji ərazilərə, o cümlədən Əl-Maxa şəhərinə nəzarəti ələ keçiriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti