Tramp ABŞ-nin İrana qarşı hərbi kampaniyasını təlim adlandırıb

Dünya xəbərləri Xəbər 17 Oktyabr 2026 08:18 (UTC +04:00)
Tramp ABŞ-nin İrana qarşı hərbi kampaniyasını təlim adlandırıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İranla silahlı münaqişənin Amerika ordusu üçün o qədər asan olduğunu bildirib ki, bunun müharibədən çox hərbi təlimlərə bənzədiyini vurğulayıb.

Bu barədə ABŞ Prezidenti Corciya ştatında Respublikaçıların seçkiqabağı mitinqində çıxışı zamanı deyib.

“Bu, müharibə deyil, sadəcə təlimlərdir, təlimlər”, – deyə D. Tramp bildirib.

Qeyd edək ki, sentyabr ayında Pentaqon Konqresə İrana qarşı hərbi əməliyyatlara 45,1 milyard dollar xərcləndiyi barədə hesabat təqdim edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti