Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etmək niyyətindədir

Dünya xəbərləri Xəbər 17 Oktyabr 2026 04:18 (UTC +04:00)
Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etmək niyyətindədir

Bakı. Trend:

Almaniya kansleri Fridrix Merts Ukraynadakı münaqişənin nizamlanması yollarını müzakirə etmək üçün ən geci dekabr ayında ABŞ Prezidenti Donald Trampla şəxsən görüşməyi planlaşdırdığını bildirib.

Bu barədə Almaniya kansleri Brüsseldə keçirilən Avropa İttifaqı sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

“Bəli, ən geci dekabr ayında bu məsələni ABŞ prezidenti ilə şəxsən müzakirə etmək imkanım olacaq”, – deyə F. Merts bildirib. O, Trampla mütəmadi olaraq telefonla danışdığını da qeyd edib.

ABŞ prezidenti daha əvvəl Ukrayna prezidenti Volodimir Zelenskinin münaqişənin dinc yolla nizamlanmasına can atmadığını bildirmiş və Ukraynadakı münaqişənin Zelenskinin iştirakı olmadan həll ediləcəyini düşündüyünü ifadə etmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti