"Brent" markalı neftin qiyməti 15 sentyabrdan bəri ilk dəfə 109 dolları keçib

İqtisadiyyat Xəbər 16 Oktyabr 2026 21:50 (UTC +04:00)
"Brent" markalı neftin qiyməti 15 sentyabrdan bəri ilk dəfə 109 dolları keçib

Bakı. Trend:

2026-cı ilin dekabr ayında çatdırılma ilə "Brent" markalı neftin fyuçers müqaviləsinin Londonun ICE birjasında qiyməti 1 barel üçün 109 dolları ötüb. Bu, 2026-cı il sentyabrın 15-dən bəri ilk belə haldır.

Bu barədə birja məlumatlarında qeyd olunub.

Bakı vaxtı ilə saat 20:34-ə olan məlumata görə, "Brent" markalı neftin qiyməti 3,18% artaraq bir barel üçün 109,29 dollara çatıb.

Saat 20:39-a olan məlumata görə, Brent markalı neftin qiymət artımı sürətlənərək 3,19%-ə yüksəlib və bir barel üçün 109,3 dollar təşkil edib. Eyni zamanda, noyabr ayında çatdırılma ilə "WTI" markalı neftin fyuçerslərinin qiyməti 2,07 faiz artaraq bir barel üçün 98,5 dollara çatıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti