Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək - Makron

Dünya xəbərləri Xəbər 16 Oktyabr 2026 22:47 (UTC +04:00)
Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək - Makron

Bakı. Trend:

Fransa bu ilin iyul ayında keçirilən danışıqlar zamanı Kiyev rejiminə vəd edilmiş raketlərin tədarükünü sürətləndirmək niyyətindədir. Həmçinin Ukrayna ərazisində Fransa silahlarının istehsalı üçün lisenziyaların verilməsinin sürətləndirilməsi imkanları müzakirə olunacaq.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

“Fransa tərəfindən bu ilin iyul ayında Ukrayna ilə razılaşdırılmış məsələlərin həyata keçirilməsinin sürətləndirilməsi də müzakirə olundu”, – deyə o bildirib.

E. Makron əlavə edib ki, Paris növbəti raket partiyasının və hərbi avadanlıqların tədarükünü, eləcə də pilotsuz uçuş aparatları və raket hücumundan müdafiə sahəsində aparılan bütün işləri artıq sürətləndirib.

“Yaxın günlərdə lisenziyalaşdırma prosedurunun sürətləndirilməsi və bəzi silah sistemlərimizin Ukrayna ərazisində üçüncü tərəflər tərəfindən daha tez istehsalına icazələrin alınması, həmçinin yeni layihələr üzərində birgə işləməyə hazırlıq məsələlərinə həsr olunmuş görüşlər də keçiriləcək”, – deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti