Zaqatalada yük avtomobilinin vurduğu 66 yaşlı qadın ölüb

Hadisə Xəbər 17 Oktyabr 2026 15:51 (UTC +04:00)
Zaqatalada yük avtomobilinin vurduğu 66 yaşlı qadın ölüb
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 10 radələrində Zaqatala şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, Maraç Xabliyev idarə etdiyi yük avtomobili ilə yolu keçən piyada, 66 yaşlı rayon sakini Firəngiz Məmmədovanı vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti