Zabrat–Maştağa yolunun bir hissəsində hərəkət tam məhdudlaşdırılıb

Cəmiyyət Press-reliz 17 Oktyabr 2026 12:08 (UTC +04:00)
Zabrat–Maştağa yolunun bir hissəsində hərəkət tam məhdudlaşdırılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Sabunçu rayonunda Zabrat–Maştağa avtomobil yolunun bir hissəsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, məhdudiyyət bu gündən yolun Zabrat dairəsindən Maştağa qəsəbəsinin Elşən Məhərrəmli küçəsi ilə kəsişməsinədək olan hissəsini əhatə edir.

Əks istiqamətdə isə oktyabrın 19-u saat 08:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti