Venesuelada üçüncü rübdə neft hasilatında artım qeydə alınıb

İqtisadiyyat Xəbər 17 Oktyabr 2026 08:57 (UTC +04:00)
Venesuelada üçüncü rübdə neft hasilatında artım qeydə alınıb

Bakı. Trend:

2026-cı ilin üçüncü rübündə Venesuelada neft hasilatı 8 faiz artaraq gündəlik 1,2 milyon bareli ötüb.

Bu barədə dövlətə məxsus “Petróleos de Venezuela S.A.” (PDVSA) neft-qaz şirkətinin sosial şəbəkə hesablarında yayımlanan bəyanatda bildirilib.

Şirkətin məlumatına görə, Venesuela iqtisadiyyatı “karbohidrogen sektorunun davamlı inkişafı sayəsində artmaqda davam edir”. 2026-cı ilin üçüncü rübünün yekunlarına əsasən, neft hasilatı 8 faiz artıb. Bildirilib ki, gündəlik 1 milyon 200 min bareldən çox hasilatın sabit səviyyədə saxlanılmasına nail olunub və onun gələcək artımı təmin edilib.

PDVSA qeyd edib ki, hazırda karbohidrogenlər sahəsində xarici şirkətlərlə 61 müqavilə imzalanıb. Bundan əlavə, yataqların işlənməsi, neft hasilatı və digər mineral ehtiyatların çıxarılması ilə bağlı daha 44 müqavilə razılaşdırılma mərhələsindədir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti