Tramp kosmetikadan istifadə etdiyini etiraf edib

Maraqlı Xəbər 17 Oktyabr 2026 11:31 (UTC +04:00)
Donald Trump
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp Corciya ştatında keçirilən mitinqdə bildirib ki, “meyitə oxşamamaq” üçün az miqdarda kosmetikadan istifadə edir.

“Clash Report”un məlumatına görə, bu barədə Ağ Ev rəhbəri Corciya ştatında Respublikaçılar partiyasından olan tərəfdarları ilə keçirdiyi görüşdə nitqlə çıxış edərkən danışıb

“Çox az miqdarda kosmetik vasitədən istifadə edirəm və onu özüm çəkirəm. Ən azı bir az kosmetik vasitə çəkməsən, meyitə oxşayarsan. Mən belə görünmək istəmirəm”, – deyə ABŞ lideri bildirib.

Xatırldaq ki, 2025-ci ilin avqustunda Trampın sağ əlində görüntülənən göyərmə müzakirələrə səbəb olmuşdu. Prezident Oval kabinetdə fərmanları imzalayarkən həmin göyərməni tonal kremlə gizlətməmişdi. Daha sonra göyərmə Cənubi Koreya Prezidenti Li Ce Myonla görüş zamanı da müşahidə olunmuşdu.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti