Polis ötən gün 38 cinayətin açılmasını təmin edib, axtarışda olan 51 nəfər saxlanılıb

Hadisə Xəbər 17 Oktyabr 2026 09:40 (UTC +04:00)
Polis ötən gün 38 cinayətin açılmasını təmin edib, axtarışda olan 51 nəfər saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olan ümumilikdə 51 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti