“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub (VİDEO)

Cəmiyyət Press-reliz 17 Oktyabr 2026 15:08 (UTC +04:00)
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Ölkəmizdə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin hərbi qulluqçularının, aviasiya və hava hücumundan müdafiə vasitələrinin cəlb olunması ilə keçirilən “Şahinlərin Görüşü - 2026” birgə taktiki-uçuş təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, uçuşlar zamanı hərbi qulluqçular mürəkkəb pilotaj elementlərini yerinə yetirərək havada qarşılıqlı əlaqə və döyüş tapşırıqlarının icrası üzrə praktiki bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, hərbi pilotlar yüksək peşəkarlıq göstərərək qarşıya qoyulmuş tapşırıqları dəqiqliklə yerinə yetiriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti