Füzulidə uşaqlar üçün “Tıq-tıq xanım” tamaşası nümayiş etdirilib (FOTO)

Mədəniyyət Xəbər 17 Oktyabr 2026 15:18 (UTC +04:00)
Füzulidə uşaqlar üçün “Tıq-tıq xanım” tamaşası nümayiş etdirilib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Füzuli. Trend:

Oktyabrın 17-də Füzuli Şəhəri Günü münasibətilə şəhərdə uşaqlar üçün teatr tamaşası nümayiş olunub.

Trend-in Qarabağ bürosu xəbər verir ki, Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə keçirilən səhnə proqramı məktəbəqədər və məktəbyaşlı uşaqlar üçün nəzərdə tutulub.

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası balaca tamaşaçılara təqdim edilib. Tamaşa hazırlanarkən uşaqların yaş xüsusiyyətləri nəzərə alınıb.

Səhnə əsərinin nümayişində məqsəd uşaqların asudə vaxtının səmərəli təşkilinə, estetik zövqlərinin formalaşdırılmasına və teatr sənətinə maraqlarının artırılmasına töhfə verməkdir.

Qeyd edək ki, 17 Oktyabr – Füzuli Şəhəri Günü münasibətilə şəhərdə bir sıra ictimai-mədəni tədbirlər təşkil olunur. Tədbirlər Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirlərin əsas məqsədi Füzulinin işğaldan azad olunmasını qeyd etmək, milli-mənəvi dəyərləri yaşatmaq, şəhər sakinlərinin bir araya gəlməsinə şərait yaratmaq və onların asudə vaxtını səmərəli təşkil etməkdir. Bununla yanaşı, doğma yurdlarına qayıdan ailələrin sevincini bölüşmək və şəhərdə bayram əhval-ruhiyyəsi yaratmaq da qarşıya qoyulan əsas məqsədlərdəndir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti