ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq - Tramp

Dünya xəbərləri Xəbər 17 Oktyabr 2026 00:23 (UTC +04:00)
ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq - Tramp

Bakı. Trend:

Prezident Donald Tramp ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının gözləniləndən daha tez başa çatacağını bildirib.

Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Müharibə çox tezliklə başa çatacaq. İnsanların düşündüyündən daha tez”, – deyə ABŞ Prezidenti qeyd edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıblar. Sonradan Vaşinqton hərbi əməliyyatların miqyasını azaltdığını və İrana qarşı iqtisadi təzyiqi, o cümlədən sanksiyaları əsas istiqamətə çevirdiyini açıqlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti