Bakı. Trend:
ABŞ hərbi qüvvələri İranın 25 milyard dollar dəyərində xam neft ixracının qarşısını alıb, həmçinin 350 milyon dollar dəyərində kriptovalyuta aktivlərinin dondurulmasına kömək edib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper videomüraciətində bildirib.
Onun sözlərinə görə, maliyyə məhdudiyyətləri İranın silahlı qrupları maliyyələşdirmək və hərbi infrastrukturunu bərpa etmək imkanlarını zəiflədib.
Kuper qeyd edib ki, ABŞ-nin təzyiqləri İranın neft ixracına, rəqəmsal maliyyə əməliyyatlarına və təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsinə təsir göstərib. Onun iddiasına görə, ölkədə bir sıra sektorlarda maaşların, pensiyaların və müavinətlərin ödənilməsi də gecikdirilir.