Bakı. Trend:
12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Ən çox oxunan müəllif 2026” nominasiyası üzrə “Öz yazarını seç” adlı onlayn səsvermə keçirilir.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, oxucular 50 müəllif arasından seçim edərək sevimli yazıçılarına dəstək ola bilərlər. Səsvermə oktyabrın 25-dək davam edəcək.
Səs vermək üçün yazar.bakubookfair.az saytına daxil olmaq və ya afişadakı QR-kodu skan etmək kifayətdir.
Səsvermənin nəticələrinə əsasən qaliblərin mükafatlandırma mərasimi 26 oktyabr 2026-cı il tarixində keçiriləcək.
Siyahı nəşriyyatların, kitab mağazalarının və kitabxanaların təqdim etdiyi təkliflər əsasında hazırlanıb.
