Ukraynadakı münaqişəyə son qoyulmalıdır - Tramp

Dünya xəbərləri Xəbər 17 Oktyabr 2026 05:18 (UTC +04:00)
Ukraynadakı münaqişəyə son qoyulmalıdır - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Ukrayna böhranının başa çatmalı olduğunu bildirib.

“Bu müharibə başa çatmalıdır. Əgər 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri saxtalaşdırılmasaydı, bu müharibə başlamazdı”, – deyə ABŞ lideri noyabr ayında keçiriləcək aralıq Konqres seçkiləri ərəfəsində Corciya ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı bildirib. Bununla yanaşı, o, sələfi Co Baydeni tənqid edib.

“Mən bizim silahlı qüvvələrimizi qurub gücləndirdim, o isə Ukraynaya çox şey verdi. Lakin biz, mahiyyət etibarilə, onları bərpa etdik və çox keçmədən onlar tamamilə bərpa olunacaqlar. O, həddindən artıq çox şey verdi”, – deyə ABŞ lideri qeyd edib.

Xəbər lenti

Xəbər lenti