Bakı.Trend:
Redaksiyalarda olan tərcüməçilər, redaktorlar, korrektorlar, gündə işi sadəcə press-relizi saytda dərc eləmək olan şəxslərin işləri təhlükə altındadır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Mətbuat Şurasının üzvü Fərid Pərdəşünas cümə günü Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı deyib.
O qeyd edib ki, medianı, jurnalistikanı daha yaxşı bir yerə gətirmək barədə düşünməlidir.
“Yaradıcılıq süni intellektin xammalı hesab olunur. Əgər jurnalistlər yaradıcı olmasa, süni intellekt üçün xammal olmayacaq. Süni intellektin xammalını o yaradıcı insanlar yaradır və süni intellekt də ona istinad edir. Bu, bir-biri ilə birbaşa əlaqəlidir. Mən düşünürəm ki, növbəti illərdə Azərbaycan jurnalistikasında, mediasında belə şəxslərin sayı artacaq və yaradıcılıq, yaradıcı jurnalistika məncə süni intellektə qalib gələcək”,- deyə o bildirib.
Xatırladaq ki, bu gün Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
