Azərbaycanda süni intellekt üzrə beş dövlət standartı qəbul edilib

İqtisadiyyat Xəbər 16 Oktyabr 2026 12:52 (UTC +04:00)
Azərbaycanda süni intellekt üzrə beş dövlət standartı qəbul edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ildə Azərbaycanda süni intellekt üzrə beş dövlət standartı qəbul olunub. Standartlar etika, idarəetmə, təsirin qiymətləndirilməsi, audit və sınaq məsələlərini əhatə edir.

Trend-in müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) Elektrotexnika, informasiya texnologiyaları və telekommunikasiya sahələrinin standartlaşdırılması şöbəsinin müdiri Firuzə Bəhri cümə günü Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimində çıxışında deyib.

O bildirib ki, bu istiqamətlərin seçilməsi süni intellekt texnologiyalarının təhlükəsiz, məsuliyyətli və şəffaf tətbiqinin təmin olunması məqsədi daşıyır.

“Müasir dünyada əsas məqsəd yalnız süni intellekt texnologiyalarının inkişaf etdirilməsi deyil, eyni zamanda onların təhlükəsiz, məsuliyyətli və şəffaf şəkildə tətbiq olunmasıdır”, – deyə şöbə müdiri vurğulayıb.

F.Bəhri əlavə edib ki, yeni standartların tətbiqi təşkilatlara süni intellekt sistemlərini daha düzgün qiymətləndirmək və idarə etmək imkanı yaradacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti