Mətbuat Şurasında üzvlük haqqını ödəməyənlər var - Komissiya sədri

Cəmiyyət Xəbər 16 Oktyabr 2026 10:40 (UTC +04:00)
Mətbuat Şurasında üzvlük haqqını ödəməyənlər var - Komissiya sədri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mətbuat Şurasında üzvlük haqqını ödəməyənlər var.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Mətbuat Şurasının Nəzarət Təftiş Komissiyasının sədri Rey Kərimoğlu Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı deyib.

O qeyd edib ki, qurultay nümayəndələri olan üzv təşkilatların üzvülük haqqını ödəməsi nizamnamənin tələbidir.

"Gündəlik qəzetlər və saytlar üçün 148 manat, həftəlik qəzetlər üçün isə 99 manatdır. Məncə bu pulu ödəmək çətin deyil",- deyə o əlavə edib.

Qeyd edək ki, Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.

Qurultayda iştirakını ümumilikdə 225 nümayəndə təsdiqləyib. Onlardan 201 nəfəri qurultayda iştirak edir.

Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketləri əsasında Şuranın İdarə Heyətinin üzvlüyünə namizədlər müəyyənləşdirilib.

Hazırkı İdarə Heyətinin üzvlərindən Rəşad Məcid, Əflatun Amaşov, Qulu Məhərrəmli, Umud Rəhimoğlu, Aydın Quliyev, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Vüsalə Mahirqızı, Aqil Ələsgər, Ceyhun Musaoğlu, Alqış Musayev, Akif Aşırlı və Yadigar Məmmədli adlarının seçki bülleteninə daxil edilməməsini xahiş ediblər.

Beləliklə, Mətbuat Şurasının İdarə Heyətinin 23 üzvlük tərkibində 13 yer üzrə dəyişiklik gözlənilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti