Şri-Lanka AQEM sammitinin əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişafa dair gündəliyini dəstəkləyir

Siyasət Xəbər 15 Oktyabr 2026 15:33 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Biz sammitin qarşılıqlı əlaqə, rəqəmsal transformasiya və dayanıqlı inkişafa həsr olunmuş mövzusunu tam şəkildə dəstəkləyirik.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Şri-Lanka xarici işlər, xarici məşğulluq və turizm naziri Vijita Herat cümə axşamı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının (AQEM) Yeddinci Sammiti zamanı çıxışında bildirib.

O qeyd edib ki, Hind okeanındakı ada dövləti olaraq Şri-Lanka regional qarşılıqlı əlaqələrə, ticarət prosedurlarının sadələşdirilməsinə və rəqəmsal transformasiyaya xüsusi əhəmiyyət verir.

“Dəniz daşımalarının və rəqəmsal əlaqələrin inkişafı iqtisadi inteqrasiyanı gücləndirə, imkanları genişləndirə və regionumuzun dayanıqlılığını artırıra bilər.

Əminik ki, Bakıdakı sammit Asiya ölkələrinin liderlərinə xalqlarımızı birləşdirən minillik mədəni əlaqələrə əsaslanaraq dialoqa başlamaq, etimadın möhkəmləndirilməsi tədbirləri görmək, fikir ayrılıqlarını aradan qaldırmaq və tərəfdaşlığı gücləndirmək üçün unikal imkan yaradacaq”,- deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanın Sədrliyi ilə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının (CİCA) Yeddinci Sammiti keçirilir.

İclasda 2022-ci ildə AQEM-in transformasiyasına start verildikdən bəri əldə olunmuş inkişaf, eləcə də Azərbaycanın Sədrliyinin təşkilatın möhkəmləndirilməsi və Üzv Dövlətlər arasında praktiki əməkdaşlığın irəlilədilməsi sahəsindəki nailiyyətləri nəzərdən keçiriləcək.

"Daha güclü AQEM: Asiyada Əlaqəlilik, Rəqəmsallaşma və Davamlı Büyümə" şüarını rəhbər tutaraq, Azərbaycan 2024–2026-cı illər üzrə Sədrliyi dövründə dialoqu və nəticəyönümlü əməkdaşlığı təşviq edib.
AQEM-in institusional inkişafı getdikcə regional prioritetləri biznes və icmalar üçün maddi faydalarla birləşdirən praktiki əməkdaşlığa çevrilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti