Hörmüzdə konteyner gəmisi batıb

Dünya xəbərləri Xəbər 14 Oktyabr 2026 18:00 (UTC +04:00)
Hörmüzdə konteyner gəmisi batıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Hörmüz boğazı yaxınlığında Sinqapur bayrağı altında üzən "GFS Pride" konteyner gəmisi mərmi zərbəsinə tuş gəldikdən sonra batıb.

"Reuters" agentliyi bu barədə dəniz təhlükəsizliyi sahəsindəki mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, bu, fevral ayında ABŞ ilə İran arasında müharibə başlayandan bəri ikinci gəmi batması hadisəsidir. Konteyner gəmisinin operatoru Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən "GFS Ship Management FZE" şirkətidir.

Bundan əvvəl, oktyabrın 14-də İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran hakimiyyəti ilə razılaşdırılmamış marşrutla Hörmüz boğazından keçməyə cəhd edən konteyner gəmisinin minaya düşərək batdığını bildirmişdi. SEPAH-ın məlumatına görə, hadisə səhər saatlarında Hörmüz boğazının cənub hissəsində baş verib. Bildirilib ki, gəmi təxminən 2,5 min konteyner daşıyırdı.

Hadisə ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti