ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

Dünya xəbərləri Xəbər 14 Oktyabr 2026 08:43 (UTC +04:00)
ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

Bakı

ABŞ-nin “Lockheed Martin” şirkəti Ukraynaya tədarük üçün Avropada “Patriot” hava hücumundan müdafiə sistemlərinə aid raketlərin istehsalını təşkil etmək imkanlarını nəzərdən keçirir.

Bu barədə şirkətin vitse-prezidenti Ceyson Reynolds “Defense News” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, şirkət PAC-3 tutucu raketlərinin Avropa ölkələrində istehsalı və sonradan Ukraynaya çatdırılması imkanlarını müzakirə etməyə hazırdır. Reynolds daha ucuz PAC-3 ACE raketlərinin istehsalına da marağın olduğunu qeyd edib.

Nəşrin məlumatına görə, Almaniya öz ərazisində belə raketlərin istehsalını təşkil etməyi təklif edib. “Lockheed Martin”in Almaniyanın “Diehl Defence” şirkəti ilə əməkdaşlığı da nəzərdən keçirilir. “Diehl Defence” nümayəndəsi bu məsələ ilə bağlı məsləhətləşmələrin aparıldığını təsdiqləyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti