İlon Mask yenidən trilyonçu statusunu itirib

Dünya xəbərləri Xəbər 14 Oktyabr 2026 05:41 (UTC +04:00)
İlon Mask yenidən trilyonçu statusunu itirib

Bakı. Trend:

“SpaceX” şirkətinin səhmlərinin qiymətinin düşməsi nəticəsində amerikalı iş adamı İlon Maskın sərvəti 28,6 milyard dollar azalaraq 1 trilyon dollardan aşağı düşüb.

Bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, oktyabrın 13-də birja ticarətinin açılışından sonra “SpaceX”in səhmləri 3 faizdən çox ucuzlaşıb. Nəticədə Maskın sərvəti 977,2 milyard dollar səviyyəsində qiymətləndirilib.

İyunun 12-də “SpaceX”in səhmlərinin Nasdaq birjasında listinqindən sonra İlon Mask dünyanın ilk trilyonçusu olub. Lakin bir neçə gün sonra “SpaceX” və “Tesla” şirkətlərinin səhmlərinin ucuzlaşması səbəbindən o, bu statusunu itirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti