Türkiyədə investisiya dələduzlarına qarşı əməliyyat - 150 nəfərdən çox saxlanılan var

Dünya xəbərləri Xəbər 13 Oktyabr 2026 17:27 (UTC +04:00)
Farhad
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin 39 vilayətində investisiya dələduzluğu ilə bağlı keçirilən əməliyyatlar nəticəsində 159 nəfər şübhəli saxlanılıb.

Bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, Ankara Respublika Baş Prokurorluğunun Ankara Vilayət Polis İdarəsi ilə birgə apardığı istintaq çərçivəsində şübhəlilərin 6 milyard 656 milyon türk lirəsindən çox məbləğdə pul dövriyyəsinə malik olduğu müəyyən edilib. Dələduzluq sxemləri nəticəsində 23 vətəndaşa ümumilikdə 51 milyon 407 min 966 lirə zərər vurulub.

İstintaq çərçivəsində cinayət yolu ilə əldə edilən gəlirləri bank hesabları, zərgərlik müəssisələri, kriptovalyuta hesabları vasitəsilə köçürməkdə şübhəli bilinən 215 nəfərə qarşı 39 vilayətdə eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyat zamanı 159 nəfər saxlanılıb, şübhəlilərə məxsus bank və kriptovalyuta hesablarına həbs qoyulub. Beş zərgərlik şirkətinin qızıl satışı, ehtiyatları, POS-terminalları, bank əməliyyatları və vergi qeydləri ilə bağlı araşdırmalar davam edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti