SEPAH Hörmüz boğazında gəmiyə zərbə endirib

Dünya xəbərləri Xəbər 13 Oktyabr 2026 01:55 (UTC +04:00)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçiləri Korpusu bazar ertəsi İranla ABŞ arasında müharibənin mərkəzində yer alan Hörmüz boğazından keçməyə cəhd edən daha bir neft tankerinə zərbə endirdiyini açıqlayıb.

“Boğazda supertanker vurulub və alovlanıb”, – deyə İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Sepah News saytında yayımlanan bəyanatında bildirib.

Fevralın sonunda ABŞ və İsrailin İrana qarşı zərbələri ilə başlayan Yaxın Şərq münaqişəsinin başlanmasından bəri Tehran Hörmüz boğazına nəzarət etdiyini bəyan edir. Müharibədən əvvəl dünya üzrə karbohidrogen daşımalarının beşdə biri bu boğaz vasitəsilə həyata keçirilirdi.

İran İslam Respublikası icazəsi olmadan boğazdan keçməyə cəhd edən gəmiləri mütəmadi olaraq hədəfə alır. Öz növbəsində, Vaşinqton İran limanlarına dəniz blokadası tətbiq edir və boğazdan keçən neft tankerlərini müşayiət edir. Belə gəmilərin sayı getdikcə artır.

İran qüvvələrinin bəyanatında bildirilib ki, bazar ertəsi hədəfə alınan gəmi naviqasiya sistemini söndürərək və “İnqilab Keşikçilərinin Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymayaraq” boğazdan keçməyə cəhd edib.

Bundan bir gün əvvəl İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əli Özməi xəbərdarlıq etmişdi ki, Hörmüz boğazında naviqasiya sistemlərini söndürən istənilən gəmi “düşmən” hesab ediləcək və “sərt tədbirlərlə” üzləşəcək.

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) da bazar ertəsi açıqlama yayaraq, bir gün əvvəl Hörmüz boğazında gəmilərin hədəfə alındığı dörd ayrı insident barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti