Azərbaycan elm və innovasiya sahəsində əlamətdar ənənələrə malikdir - TDT baş katibinin müavini

İqtisadiyyat Xəbər 12 Oktyabr 2026 13:13 (UTC +04:00)
Azərbaycan elm və innovasiya sahəsində əlamətdar ənənələrə malikdir - TDT baş katibinin müavini
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan incəsənət, elm və innovasiya sahəsində əlamətdar ənənələrə malikdir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatl Baş katibinin müavini Ömer Kocaman bazar ertəsi Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərinin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, bu gün bilik, texnologiya və intellektual kapital iqtisadi güc və rəqabətliliyin əsas mənbəyinə çevrildikcə, bu məsuliyyət daha da aktual olur.

“Buna görə də intellektual mülkiyyət sahəsində əməkdaşlıq sadəcə texniki məsələ deyil, daha innovativ və daimi rəqabət qabiliyyətli gələcək qurmaq istiqamətindəki geniş səylərimiz üçün vacibdir.

2025-ci ilin avqust ayında Bişkekdə keçirilən intellektual mülkiyyət qurumlarının rəhbərlərinin ilk görüşü əməkdaşlığımıza mühüm təkan verdi və müntəzəm institusional əlaqələr üçün təməl qoydu”,- deyə o qeyd edib.

Ö.Kocaman əlavə edib ki, elə bir mühit yaradılmalıdır ki, orada yeni ideyalar meydana çıxsın, tədqiqatçılar və sahibkarlar inkişaf etsin, cəsur innovasiyalar effektiv şəkildə qorunsun və iqtisad və sosial rifahın güclü mühərrikinə çevrilsin.

“Türk dünyası əlamətdar intellektual irsə malikdir. Bu gün bizim məsuliyyətimiz bu irsin nəsildən-nəslə bizim nəslin və gələcək nəsillərin ideyaları, texnologiyaları və innovasiyaları vasitəsilə davam etməsini təmin etməkdir”,- deyə o vurğulayıb.

Qeyd edək ki, Bakı şəhərində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərinin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü keçirilir.

İkinci Görüşün Azərbaycan Respublikasının TDT--yə sədrliyi dövründə ölkəmizdə keçirilməsi təşkilatçərçivəsində əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın əqli mülkiyyət sahəsində təşəbbüslərinin təşviqi, üzv dövlətlərlə institusional əlaqələrin möhkəmləndirilməsi və ölkəmizin təşkilat daxilində fəal rolunun nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə TDT-nın Baş katibinin müavini Ömer Kocaman, Qazaxıstan Respublikasının Ədliyyə Nazirliyinin Əqli Mülkiyyət Hüquqları Komitəsinin sədri Şolpan Abdreyeva, Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov, Türkiyə Əmtəə Nişanları və Patent Ofisinin (TÜRKPATENT) rəhbəri Muhammed Zeki Durak, Özbəkistan Respublikasının ədliyyə nazirinin müavini, Əqli Mülkiyyət İdarəsinin rəhbəri Muzraf İkramov iştirak edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti