Bakı. Trend:
İspaniya La Liqasının 2026/2027 mövsümünün 8-ci turu çərçivəsində "Real Madrid" və "Vilyarreal" komandaları qarşılaşıblar. Oyun Madriddəki "Santyaqo Bernabeu" stadionunda baş tutub. Matçı baş hakim İsidro Dias de Mera Eskuderos idarə edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 62-ci dəqiqədə "Real"ın yarımmüdafiəçisi Yan Diomande vurub. Bu, futbolçunun "kral klubu"nun heyətində ilk qolu olub. 74-cü dəqiqədə isə rəqib futbolçunun saçından tutduğuna görə "Real"ın cinah hücumçusu Vinisius Junior birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Kral klubunun baş məşqçisi Joze Mourinyo matçdan sonra mətbuat konfransına qatılmayıb. Bu barədə Marca nəşri məlumat yayıb. Mütəxəssisin oyunun başa çatmasından 40 dəqiqə sonra mətbuat konfransı zalına gəlməməsindən sonra onun tədbirdə iştirak etməyəcəyi elan olunub.
İspaniya çempionatında səkkiz oyundan sonra Madridin "Real"ı 18 xal toplayaraq turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Vilyarreal" isə 8 xalla 13-cü yerdədir.
Növbəti matçında "Vilyarreal" oktyabrın 17-də doğma meydanda "Elçe" ilə qarşılaşacaq, "Real" isə bir gün sonra “Sevilya” ilə üz-üzə gələcək.
