Bakı.Trend:
Yunanıstanın Aqioi-Teodori şəhərində “Motor Oil” şirkətinə məxsus neft emalı zavodunda partlayış baş verib.
Bu barədə "Skai" telekanalı müəssisənin Mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində 2 nəfər yaralanıb.
İnsident yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 12:00) avadanlıqlara texniki qulluq işləri zamanı baş verib. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti ağır qiymətləndirilir.
Hazırda hadisə yerində polis əməkdaşları işləyirlər.
