Bakı. Trend:
"Anthropic" texnologiya şirkəti süni intellekt əsaslı "Claude" çatbotunun təhqir edilməsini qadağan edən yeni istifadə siyasətini dərc edib. Yeni qaydalar noyabrın 12-dən qüvvəyə minəcək.
“Biz modellərimizə qarşı davamlı və məqsədsiz kobud və sərt davranışları qadağan edən müddəa əlavə etmişik. Siyasətə edilən yenilik yalnız istifadəçilərin modellərimizə qarşı heç bir aşkar məqsəd olmadan dəfələrlə sərt davranış nümayiş etdirdiyi müstəsna hallara şamil olunacaq”, - deyə "Anthropic"in bəyanatında bildirilir.
Qeyd olunur ki, söhbət istifadəçilərin narazılıqlarını adi qaydada ifadə etməsindən və ya çatbotun cavablarına etiraz etməsindən getmir.