Bakı. Trend:
Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə oktyabrın 7-də saat 06:10-da Qala–Şüvəlan yolunun Şüvəlan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Elmar Hüseynovun idarə etdiyi “Daewoo” markalı avtobus Elçin Qədimovun idarə etdiyi “Lada Granta” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində xəsarət alan avtomobilin sürücüsü Elçin Qədimov Sabunçu Tibb Mərkəzinə müraciət edib. O, həmin gün saat 11:40-da aldığı xəsarətlərdən tibb mərkəzində vəfat edib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
